ATƏT-in Minsk qrupuna Fransadan olan yeni həmsədr təyin edilib.
"Report" xəbər verir ki, bu barədə Fransa hökumətinin informasiya portalında (Legifrance.gouv.fr) məlumat yerləşdirilib.
Fransadan olan yeni həmsədr Stefan Viskontidir. O, bu vəzifədə Pyer Andreni əvəz edəcək.
Stefan Viskonti daha əvvəl Fransanın Latviyadakı səfiri olub.