21 Oktyabr 2016 13:41
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikaçı Alternativ Hərəkatı (REAL) öz ofisində təmir işləri aparıb.

Teleqraf.com xəbər verir ki, bu haqda hərəkatın icraçı katibi Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, ofisə əl gəzdiriblər: “Divarları rənglədik, mebelləri yenidən üzlədik. Ən maraqlısı odur ki, bütün bunları hərəkatda olan gənc üzvlərimizlə birlikdə həyata keçirdik”.

Qeyd edək ki, bu yaxınlarda REAL sədri İlqar Məmmədovla bağlı məhkəmə prosesi keçiriləcək. REAL üzvləri Məmmədovun azad oluna biləcəyinə ümidlidirlər. Məhz bu səbəbdən də ofislərini təmir ediblər.

CAVAD


Müəllif: