21 Oktyabr 2016 22:39
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ayaz Mütəllibov uzun illər Rusiyada oldu. İndi Bakıdadır və tədbirlərdə heç vaxt iştirak etməyib. Odur ki, mexaniki olaraq Mütəllibov yaddan çıxıb”.

Bunu teleqraf.com-a istiqlalçı deputat Hacıbaba Əzimov deyib.

Xatırladaq ki, bir neçə gün əvvəl Mütəllibov mətbuata verdiyi müsahibə zamanı tədbirlərə dəvət edilmədiyini, yaddan çıxdığını bildirib. Söyləyib ki, müxalifət düşərgəsi də onu müstəqilliklə bağlı təşkil etdiyi tədbirlərə dəvət etmir.

Bu il istiqlalçı deputatların tədbirinin təşkilatçısı Hacıbaba Əzimov isə deyir ki, əgər onda məlumat olsaydı ki, Mütəllibov tədbirə gələr və belə bir arzusu varsa, məmnuniyyətlə onu dəvət edərdi: “Əlbəttə, onu tədbirə dəvət edərdik, sözü varsa deyərdi və onu da alqışlayardıq. Baxmayaraq onun o vaxt müstəqilliklə bağlı qorxaq siyasəti olub, lakin Ayaz Mütəllibov müstəqilliklə bağlı sənədin icraatı, imzası olub. Biz belə məsələlərdə ona dəyər verməmişik. Gələcəkdə belə tədbir keçirsək onu mütləq dəvət edərik”.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər