24 Oktyabr 2016 10:25
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycana rəsmi səfərə gələn Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin bu gün rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Xorvatiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verib.

Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Xorvatiya Prezidentinə raport verib.

Xorvatiyanın və Azərbaycanın dövlət himnləri səslənib.

Prezident İlham Əliyev və Prezident Kolinda Qrabar-Kitaroviç fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Xorvatiya Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Kolinda Qrabar-Kitaroviçə, Xorvatiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim edilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.

Azərbaycan Prezidenti İlham Əliyev və Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç rəsmi foto çəkdiriblər.


Müəllif: