24 Oktyabr 2016 14:31
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının Avropa koordinasiya Mərkəzinin (AKM) Almaniyanın Frankfurt şəhərində keçirdiyi tədbir ətrafında qalmaqal yaşanır.

Teleqraf.com xəbər verir ki, qalmaqala səbəb AXCP-yə yaxın şəxslərdir. Belə ki, AXCP-nin mövqeyini müdafiə edən şəxslər Müsavatın sözügedən tədbiri haqda bəzi fikir və mülahizələrini yazıblar. Bu isə sosial şəbəkələrdə ciddi qarşıdurmalarla müşayiət olunmaqdadır.

AXCP-yə yaxın olan və hazırda Hollandiyada yaşayan jurnalist Fikrət Hüseynli Müsavatın tədbiri, burada iştirak edən bəzi şəxslərin bu partiyaya aid olmaması haqda fikirlər işlədib. Bu isə müsavatçıların kəskin reaksiyasına səbəb olub.

Fikrət Hüseynli müsavatçılara müraciət edərək sözgedən tədbirə bəzi şəxslərin özlərinin gəldiyini və ya dəvət edildiyini bilmək istəyib. Hətta onlardan bəziləri haqda “agent” ifadəsi işlədib. Bu isə qarşıdurmaya səbəb olub.

Müsavatçı Eldəniz Yusifov isə Fikrət Hüseynliyə bu iddialarına rəğmən “təbriklərinə” görə təşəkkür edib: “Ancaq təbriklərinizə rəğmən, başqa bir “təbrik” yazaraq səmimi olmadığınızı ortaya qoydunuz. Tədbrimizin bu şəkildə, böyük ruh yüksəkliyi ilə keçirilməsindən doğan narahatçılığınızı başa düşürük. Digər siyasi partiyalar üçün xaricdə belə bir tərbirin keçirilməsinin əlçatmaz olduğunu anlayıram və narahatçılığınızı anlayışla qarşılayıram. Kamal Qasımovla bağlı yazdıqlarınıza gəldikdə deyim ki, bu həm Avropada, həm də Bakıda müzakirə edilib. Bu haqda sizə məlumat verilsə də, yenə də əsassız iddialarla çıxış edirsiniz. Ancaq mən də bu yaxınlarda sizin AHD təşkilatını yaradan zaman sol tərəfinizdə əyləşən Seyran adlı şəxsilə maraqlanmağınızı məsləhət görürəm”.

Əhrar Partiyasının sədri, Müsavat başqanının qardaşı Vaqif Hacıbəyli də F. Hüseynlini tənqid edib: “Fikrət Hüseynli, qeyd etmisiniz ki, “Seyran bəylə fotosu olan Avropa Parlamentində çalışmış keçmiş holland deputatdır. O adam Azərbaycanla bağlı bir sıra məsələlərdə aktiv iştirak edir. Şəxsən mənim özümlə də iki dəfə görüşüb. Sadəcə, şəkil çəkdirməyə ehtiyac və zaman olmayıb". İndi burada yazırlar ki, həmin adam heç vaxt deputat olmayıb, Hollandiyanın Xristian Demokrat Partiyasının üzvü,Əlikram Hümbətovla birlikdə Ermənistana və Dağlıq Qarabağa səfər edən Tjeerd Bandringadır. Məlum olur ki, başqalarına açıq keçirilən tədbirə gələn adamları az qala oradan qovmağı təklif etdiyiniz və bununla da açıq-aşkar qaşınmayan yerdən qan çıxarmağa çalışdığınız halda, özünüz gedib Əlikram Hümbətovun havadarları ilə bilavasitə görüşürmüşsünüz? Bunu da fəxrlə yazırsız ki, o adam Azərbaycanla bağlı bir sıra məsələlərdə aktiv iştirak edir. Bu nə deməkdir? Azərbaycanı sevən heç kəs Əlikramla birlikdə Yerevana gedə bilməzdi. Elə deyilmi? Onda Azərbaycanın düşmənləri ilə sizin nə haqq-hesabınız var? Sizin ,o cümlədən Seyran Rəfiyevin Azərbaycana qarşı olan bu cür adamlarla nə işbirliyiniz ola bilər? Bəlkə xəbəriniz olmayıb, sizləri aldadıb belə adamlarla görüşdürüblər, hər halda bu məsələyə bir aydınlıq gətirin, lütfən!”

Cavidan


Müəllif:

Oxşar xəbərlər