27 Oktyabr 2016 17:42
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə görüşüb.

FHN-dən Teleqaf.com-a verilən məlumata görə, Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən bəhs edib.

O, nazirliyin nümayəndə heyətinin gələn ay Hindistanda keçiriləcək Fəlakət Risklərinin Azaldılması üzrə Asiya Nazirlər Konfransında iştirak edəcəyini diqqətə çatdırıb, bu mühüm tədbirin həm də hər iki ölkənin uyğun qurumları arasında əməkdaşlığa yeni töhfə olacağını vurğulayıb.

Səfir Sanjay Rana bildirib ki, Hindistanın müvafiq qurumları ilə Azərbaycanın Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlığın geniş perspektivləri var və bu perspektivlərdən yararlanmaq üçün ölkəmizdəki diplomatik fəaliyyəti müddətində səylərini əsirgəməyəcək.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər