29 Oktyabr 2016 14:31
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bu ilin sonlarında Qırğız Respublikasının paytaxtı Bişkekdə keçirilməsi planlaşdırılan VI sammiti qeyri-müəyyən müddətə təxirə salınıb.

Teleqraf.com "Report"a istinadla xəbər verir ki, bu barədə Qırğız Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

XİN sammitin yeni tarixinin təşkilata üzv ölkələrlə razılaşdırılacağını bildirib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası və Türkiyə təmsil olunur. Şuranın V sammiti 2015-ci ilin sentyabrında Qazaxıstan paytaxtı
Astanada keçirilib.


Müəllif:

Oxşar xəbərlər