29 Oktyabr 2016 18:44
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dini ekstremizmə qarşı mübarizənin gücləndirilməsi ilə əlaqədar bir sıra qanunlara edilən dəyişikliklər çox önəmlidir”.

Teleqraf.com Yeni Azərbaycan Partiyasının saytına istinadla xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Misa Qasımlı bildirib ki, hazırda dünyada mürəkkəb proseslər baş verir, müəyyən xarici qüvvələr xüsusilə müsəlman ölkələrində qarşıdurmalar yaradır:

"Bu prosesdə din faktorundan istifadə olunur. Müəyyən dini cərəyanların, məzhəblərın arasına nifaq salınır. Bunun nəticəsində həmin ölkələrdə sabitlik pozulur, günahsız insanlar qətlə yetirilir. Ölkəmizdə də belə qarşılıqlıq yaratmaq istəyən xarici qüvvələr var.

Amma Azərbaycanda din dövlətdən ayrıdır və dini radikalizm ölkəmizdə kök sala bilməz. Qanunvericiliyə edilən dəyişikliklər də dünyəvi dövlətçiliyimizin təməllərinin daha da möhkəmləndirilməsinə xidmət edir".


Müəllif:

Oxşar xəbərlər