31 Oktyabr 2016 19:39
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, doktor İsmayıl Seragəldin Bolqarıstan prezidentinin mükafatı ilə təltif olunub. Bu barədə Teleqraf.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bolqarıstan Prezident Sarayında prezident Rosen Plevneliev, Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, NGBM-in baş katibi Rövşən Muradov, Azərbaycan və Misirin Bolqarıstandakı səfirlərinin iştirakı ilə mükafatın təqdimat mərasimi keçirilib. Bolqarıstan prezidenti Rosen Plevneliev doktor İ.Seragəldinin NGBM-in həmsədri kimi göstərdiyi önəmli fəaliyyətini vurğulayıb.

İ.Seragəldin Sofiya Universitetinin fəxri doktorluq diplomu ilə də təltif edilib.

Qeyd edək ki, NGBM Bolqarıstan hökuməti və ictimai qurumları ilə aktiv əməkdaşlıq edir. Belə ki, R.Plevneliev mərkəzin təşkil etdiyi III və IV Qlobal Bakı Forumlarında, təşkilatın ali səviyyəli toplantılarında iştirak edib və Sofiyada bu toplantılara ev sahibliyi edib.

Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov mərkəzin İdarə Heyətinin üzvü, eks-prezident Georgi Pırvanov və keçmiş baş nazir Petre Roman isə üzvləridir.

Səxavət


Müəllif:

Oxşar xəbərlər