1 Noyabr 2016 10:09
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Azərbaycanla mövcud əməkdaşlığı yüksək qiymətləndirir

ABŞ Azərbaycanla mövcud əməkdaşlığı yüksək qiymətləndirir.

Teleqraf.com-un məlumatına görə, bu fikri ABŞ-ın müdafiə nazirinin köməkçisinin müavini Maykl Karpenter Azərbaycana səfərinin yekunları ilə bağlı noyabrın 1-də Bakıda keçirdiyi brifinqdə deyib.

O, səfəri zamanı keçirdiyi görüşlərdə ABŞ Müdafiə Departamenti ilə Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlıqla bağlı müzakirələr aparıldığını deyib.

Maykl Karpenter ölkəsinin müdafiə sahəsində Azərbaycanla geniş əlaqələrinin olduğunu vurğulayıb. Bildirib ki, hərbi sahə iki ölkə arasında əsas əməkdaşlıq sferalarından biridir. O, Azərbaycanın Əfqanıstanda sülhün və təhlükəsizliyin təmin olunmasına verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Maykl Karpenter 11 sentyabr hadisəsi zamanı Azərbaycanın ABŞ-a dəstək verən ilk ölkələrdən biri olduğunu xatırladıb.

ABŞ rəsmisi əlavə edib deyib ki, ölkəsi regionda sülhün və təhlükəsizliyin təminatında maraqlıdır.


Müəllif:

Oxşar xəbərlər