Bu gün REAL təşkilatının qərargahında Müsavat və REAL Vətəndaş Hərakatı rəhbərlərinin görüşü keçirilib.
Teleqraf.com xəbər verir ki, görüşdə Müsavatın Partiyasından Arif Hacılı və Elman Fəttah, REAL-dan isə Natiq Cəfərli və Erkin Qədirli iştirak ediblər. Görüş, müzakirə edilən məsələlər haqda məlumat verilmir.
Qeyd edək ki, ötən gün REAL və Müsavat funskionerləri arasında social şəbəkədə açıq qarşıdurma müşahidə edilmişdi. Xüsusilə, Müsavat Qadınlar Birliyinin sədri Alya Yaqublu REAL-ın icraçı katibi Natiq Cəfərlin son məqaləsini tənqid etmişdi.
Görünür, görüşün keçirilməsinin bir səbəbi də arada yarana biləcək soyuqluğu aradan qaldırmaq olub.
Cavad