Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin son durumu ilə bağlı məlumat verib.
Hikmət Hacıyev Teleqraf.com-a açıqlamasında bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisində ata-analarının qəbrini ziyarət edrəkən girov götürülmüş soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsi daim dövlət başçısının, Xarici İşlər Nazirliyinin və digər aidiyyatı qurumların diqqətindədir:
"Ermənistan silahlı qüvvələri tərəfindən soydaşlarımızın girovluqda saxlanması ilə əlaqədar onların ailə üzvlərinin və yaxınlarının narahatçılığını bölüşür və şərik çıxırıq. ATƏT-in Minsk Qrupunun həmsədrləri və digər tərəf müqabilləri ilə bu məsələ daimi əsasda müzakirə edilir.
Dilqəm Əsgərov və Şahbaz Quliyevin son durumu barədə müxtəlif mənbələrdən bizə daxil olan məlumata əsasən onlar sağ-salamatdırlar.
Ermənistanın mülki şəxsləri girovluqda saxlamaqda davam etdirməsi və bu kimi qeyri-insani davranışı rəsmi Yerevanın müvafiq konvensiyalarla üzərinə götürdüyü beynəlxalq humanitar hüquqi öhdəliklərinin kobud şəkildə pozulmasının növbəti nümunəsidir. Münaqişənin həllinə töhfə vermək əvəzinə
Ermənistanın bu kimi təxribatçı addımları danışıqlar prosesinə mənfi göstərir".
Nərgiz Ehlamqızı