Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva və məsləhətçi-eksperti Kamal Qasımov Misir Ərəb Respublikasına səfər edəcək.
Teleqraf.com-un məlumatına görə, noyabrın 6-dan 8-dək baş tutacaq səfər çərçivəsində Misir Ərəb Respublikasının Qahirə şəhərində Strateji Araşdırmalar Mərkəzi Al-Hever Siyasi və Media Araşdırmaları Mərkəzi və Qahirə Universitetinin Siyasi Elmlər və İqtisadiyyat Fakültəsi nəzdində Siyasi Araşdırmalar və Tədqiqatlar Mərkəzi ilə birgə bir sıra tədbirlərin təşkilini nəzərdə tutub.