6 Noyabr 2016 15:58
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın gələcəkdə genişmiqyaslı müharibənin olacağına inanmıram, ancaq Aprel hadisələrinə bənzər toqquşmalar istisna edilmir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq, sabiq diplomat Fikrət Sadıqov deyib. O, hesab edir ki, Azərbaycanın qarşıda keçirəcəyi genişmiqyaslı hərbi təlimlərin əhəmiyyəti olduqca böyükdür: “Azərbaycan vaxtaşırı düşmənə öz gücünü nümayiş etdirməlidir. Əzələ nümayişi, ümumiyyətlə, diplomatiya praktikasında hər zaman istifadə olunur. Qarşıdakı böyük hərbi təlimlər isə birbaşa Ermənistanın “İsgəndər” komplekslərinə bir cavabdır. Ermənistan anlamalıdır ki, Azərbaycanla oyun oynamaq olmaz. Yaxın gələcəkdə genişmiqyaslı müharibənin olacağına inanmıram, ancaq Aprel hadisələrinə bənzər toqquşmalar istisna edilmir.

Vəziyyəti Ermənistan və ona himayədarlıq edən qüvvələrin siyasəti gərginləşdirir. Ermənistan Azərbaycanı məcbur etsə, toqquşmalar mütləq olacaq. Təcrübə göstərir ki, məsələ bu dəfə də ermənilərin xeyrinə həll olmayacaq. İrəvan gec-tez bu həqiqəti dərk etməlidir. Çünki sıravi erməni zabiti başa düşür ki, artıq özgə torpağı uğrunda həlak olmaq onlara heç bir uğur qazandırmayacaq. Ermənistandakı real durum da bunu təsdiq edir, artıq rejimə qarşı vəziyyət pisləşir”.


Müəllif:

Oxşar xəbərlər