7 Noyabr 2016 12:23
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah ABŞ-da növbəti president seçkiləri baş tutacaq. Uzun müddət ABŞ-da yaşayıb çalışan Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu Birləşmiş Ştatlarda keçiriləcək seçkilərlə bağlı fikirlərini açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, Q.İbadoğlu hesab edir ki, əgər Respublikaçılar Partiyasının namizədi qalib gəlsə, o, ABŞ-ın sonuncu prezidenti olacaq: “Sabah ABŞ-da prezident seçkiləri start götürür. Bu marafonda çıxış edən Hillari Klinton və Donald Trampın uzun dövrdən başlayan kampaniyası bu gün başa çatır. Tezliklə məlum olacaq ki, ABŞ-ı növbəti 4 ildə kim və necə idarə edəcək. Bu ərəfədə hafizəmə həkk olunmuş bir maraqlı söhbəti bölüşmək istərdim. ABŞ-da yaşadığım dövrdə Duke Universitetinin professorlarından biri neçəsi ilə o zaman diqqətdə olan ilkin seçkilərə partiyalardan iddialı olan prezidentliyə namizədləri müzakirə edirdik. Onlardan biri belə bir dəyərləndirmə etmişdi: əgər Marko Rubio seçilcə, o, ABŞ-ın ilk ispan mənşəli prezidenti olacaq, əgər Ted Kruz seçilsə, o, ABŞ-ın ilk kanadalı prezidenti olacaq, əgər Bernie Sanders seçilsə, o, ABŞ-ın ilk yəhudi mənşəli prezidenti olacaq, əgər Hillari Klinton seçilsə, ,o ABŞ-ın ilk xanım prezidenti olacaq, əgər Donald Tramp seçilsə, o, ABŞ-ın sonuncu prezidenti olacaq".

Nərgiz


Müəllif:

Oxşar xəbərlər