Bu gün Milli Birlik Hərəkatının lideri, Azərbaycan Liberal Partiyanın qurucusu, professor Lalə Şövkət Hacıyeva 65 illik yubileyini qeyd edir.
Teleqraf.com xəbər verir ki, Lalə Şövkət Hacıyeva uzun illər Azərbaycan siyasətində aparıcı fiqurlardan biri olub.
Qeyd edək ki, Lalə Şövkətin siyasətə gəlməsinə təkan verən amil 1980-ci illərin sonunda Dağlıq Qarabada erməni separatizminin yenidən baş qaldırması olub.
1990-ci ilin qanlı 20 yanvar olaylarından sonra Lalə Şövkər Moskvada bu hadisəni pisləyən nadir şəxslərdən biri olub.
Lalə Şövkət 1991-ci ildə SSRİ-nin paytaxtı Moskvada Eduard Şevardnadze, Yakovlev, Sobçak, Brazauskas və digər tanınmış demokratlarla birgə “SSRİ-də Demokratik İslahatlar Uğrunda" Hərəkatın təşəbbüsçülərindən biri olub və “Azərbaycan Respublikasında Demokratik İslahatlar və İnsan Hüquqlarının Müdafiəsi Uğrunda” Beynəlxalq İctimai-siyasi Hərəkat yaradıb.
Hazırda siyasi fəaliyyətdən çəkilməyən Lalə Şövkət media ilə məsafə saxlayır.
Nemət