7 Noyabr 2016 21:04
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Minsk qrupunun həmsədrləri Hamburqda ATƏT XİN Şurası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün təşkilini təklif edir.

Trend-in məlumatına görə, bunu nazir Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib.

E.Məmmədyarov Azərbaycanın bu görüşə razılıq verdiyini bildirib.

Nazirin sözlərinə görə, münaqişənin həllində passivlik müşahidə olunur: “Sankt-Peterburq görüşündən sonra biz irəliləyişə ümid edirdik və Sankt-Peterburq ab-havasının bərpa olunmasını istərdik. Lakin erməni tərəfi prosesə mane olur”.


Müəllif: