10 Noyabr 2016 18:46
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Odessa vilayətinin qubernatoru postundan istefa verdikdən sonra bir çoxları hesab edir ki, o, Ukraynada siyasi hərəkat yaradaraq hakimiyyət uğrunda mübarizəyə qoşulacaq və hakimiyyəti seçki yolu ilə götürəcək. Bəs bu, nə dərəcədə mümkün və realdır?

Ukraynada yaşayan Daxili Qoşunların sabiq komandanı Fəhmin Hacıyev deyir ki, Saakaşvilinin istefası müəyyən narahatliq yaratsa da, tez bir zamanda hadisələrin canlanmasına səbəb olmayacaq. Onun fikrincə, Ukrayna demokratik usullarla idarə olunur, hakimiyyətin formalaşması xalqın iradəsinə soykənir: “Ona görə də, istefadan sonra təcili və radikal hadisələr gözlənilmir”.

Bununla belə Hacıyev qeyd edir ki, Saakaşvili Ukraynada antikorrupsiya tərəfdarı və islahatçı kimi tanınır: “Partiya yaradarsa, seçkilərdə ciddi nəticələr əldə edə bilər. Xüsusən gənclik Saakaşvilin yanında olmağa üstünlük verir. Komandasına ciddi təşkilatçılar cəlb etsə və partiya qruculuğunu təmkinlə aparsa, böyük uğur qazana bilər”.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər