3 İyul 2014 11:39
1 238
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq ordusu Kərbəla vilayətində şiələrin toplaşdığı mədrəsələrə hücum edib.

Teleqraf.com-un məlumatına görə, ordu qüvvələri hücumu ötən gün həyata keçirib. Ərazidəki şiələrlə hərbçilər arasında silahlı toqquşmalar olub. İlkin ehtimallara görə, silahlı toqquşmalar nəticəsində 30 nəfər ölüb, Onlarla insan yaralanıb 100-dən çox adam isə hərbçilər tərəfindən saxlanılıb.

Şahidlərin sözlərinə görə, hərbçilər şiələrin dini liderlərindən biri olan Ayətullah Mahmud əl-Hasəni əs-Sarhini həbs etmək üçün mədrəsələrə hücum edib. Sarhi tərəfdarları isə ordu qüvvələrinə qarşı çıxıb və nəticədə silahlı toqquşmalar olub.
Sarhinin tərəfdarları isə onu ərazidən çıxarmağı bacarıb.

İraq hökuməti şiələrin toplaşdığı mərkəzlərə edilən hücumlarla bağlı hələ ki, heç bir açıqlama verməyib.

Qeyd edək ki, Ayətullah Mahmud əl-Hasəni əs-Sarhi bir müddət əvvəl şiələrin İraq Şam İslam Dövlətinə qarşı cihada çağırılmasının əleyhinə olması ilə gündəmə gəlmişdi. /ANS PRESS/


Müəllif: