“Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirliklərində ötən həftə başlayan görüşlərimin bir hissəsi bu həftə başa çatıb”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanda Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyib.
ADR Hərəkatının sədri deyib ki, Fransa və Avropa Birliyinin Bakı ofisində görüşləri olub: “Eyni zamanda Böyük Britaniyanın səfiri xanım Karole Kroftsla, ABŞ-ın səfiri Robert Sekuta, Norveçin səfiri cənab Bard Ivar Svendsenlə müzakirələrimiz oldu. Bu görüşlərdə müzakirə predmeti ölkədə mövcud ictimai-siyasi vəziyyət, sosial iqtisadi durum, islahat gözləntiləri, bir sözlə çağdaş durumumuzu xaraktezidə edən ən vacib məsələlərdən növbəti ilin büdcəsi, MSŞT-nin beynəlxalq idarə heyətinin Astana toplantısının nəticələri və ondan irəli gələn vəzifələrə qədər müxtəlif çeşidli mövzular olub. Məsləhətləşmələrimiz davam edir. Növbəti görüşüm ayın 14-də Avropa Birliyinin (AB) Azərbaycan nümayəndəliyində AB-yə üzv olan bütün ölkələrin diplomatik korpusunun rəhbərləri ilə olacaq”.
NEMƏT