13 Noyabr 2016 10:57
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran ilə Azərbaycan arasında mövcud olan mədəni, tarixi və dini ortaqlıq iki ölkənin iqtisadi əlaqələrinin inkişafına təkan verir.

Bu sözləri İranın Azərbaycandakı yeni səfiri Cavad Cahangirzadə yerli mətbuata verdiyi açıqlamasında deyib.

Ölkələrimiz arasında çox müsbət siyasi mühit formalaşdığını bildirən səfir vurğulayıb ki, iqtisadiyyatın dövlət və özəl sektorun nümayəndələri bundan istifadə edib qarşılıqlı sərmayə yatırımlarını həyata keçirə bilərlər. Sərhədyanı rayonlarda kənd təsərrüfatı və ticarət əlaqələrini daha da inkişaf etdirmək olar. Bunun üçün qarşılıqlı səfərlər edib potensialı öyrənmək kifayətdir.

Diplomat nəzərə çatdırıb ki, İran Azərbaycanda xəstəxana və əczaçılıq zavodu tikmək niyyətindədir. Bu barədə artıq razılıq əldə olunub və yaxın zamanlarda işə başlanacaq.

C.Cahangirzadə tikilməkdə olan Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xətti haqqında da danışaraq deyib ki, bu yol hər iki ölkənin iqtisadi inkişafında mühüm rol oynayacaq.


Müəllif:

Oxşar xəbərlər