14 Noyabr 2016 19:53
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Oqtay Əsədov Polşanın ölkəmizdə yeni təyin olunmuş səfiri Marek Tsalkanı qəbul edib.

Parlamentin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə sədr bildirib ki, Azərbaycan-Polşa münasibətləri böyük tarixə malikdir və iki dövlət arasında əməkdaşlıq əlaqələrinin yüksək inkişaf səviyyəsinə çatmasından məmnunluq duyur.

O qeyd edib ki, bu günədək Azərbaycanla Polşa arasında 40 hüquqi sənəd imzalanıb, 10 sənəd isə baxılmaqdadır.

M. Tsalka isə bildirib ki, Polşa Azərbaycana dost ölkədir və müxtəlif sahələrdə əlaqələrimizin daha da möhkəmlənməsi xalqlarımızın ümumi maraqlarına xidmət edir.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Spiker həmçinin Belçika Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Bert Şufsu qəbul edib. Görüş zamanı O. Əsədov bildirib ki, bu günədək iki ölkə arasında 7 hüquqi sənəd imzalanıb, daha 5 sənəd isə baxılmaqdadır: “Hazırda Azərbaycanda Belçika Krallığından 19 şirkət fəaliyyət göstərir. İqtisadi sahədə ticarət dövriyyəsinin artırılması üçün geniş potensial var”.

B. Şufs isə diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib: “Avropada Azərbaycanın əhəmiyyəti və bölgədə oynadığı rol yüksək qiymətləndirilir. Biz də parlamentlər səviyyəsində əlaqələrimizin daha da möhkəmlənməsi üçün deputatlardan ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini önəmli hesab edirik”.


Müəllif:

Oxşar xəbərlər