Xarici işlər naziri Elmar Məmmədyarov Portuqaliyaya rəsmi səfərə yola düşüb.
Xarici İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, səfər əsnasında nazir E.Məmmədyarovun Portuqaliyanın rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.
Görüşlərdə ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığın genişləndirilməsi, iqtisadi-ticarət və parlamentlərarası əlaqələrin inkişafı kimi məsələlər müzakirə olunacaq.