17 Noyabr 2016 13:34
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Serj Sərkisyanın Ermənistan və Azərbaycan arasında “qaynar xətt”in olması və atəşkəs pozularkən bir-birini xəbərdar edərək, insidentin qarşısını birgə almaqla bağlı təklifi ilə növbəti dəfə beynəlxalq ictimaiyyəti aldatmağa çalışır”.


Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Millət vəkili qeyd edib ki, ortada Ermənistan tərəfindən Azərbaycan torpaqlarının bir hissəsinin işğal edilməsi faktı var və Azərbaycan ərazi bütövlüyünün təmin edilməsini tələb edir: “Bu torpaqlar 1991-1994-cü illərdə məhz Serj Sərkisyan Ermənistanın müdafiə naziri olarkən işğal edilib. Dünyanın heç bir yerində işğalçı dövlətlə torpağı işğal edilən dövlət arasında atəşkəsin pozulmasını araşdıracaq mexanizm yoxdur. Sərkisyan bu “qaynar xətti” müdafiə naziri kimi torpaqlarımızı işğal edəndə yaradaydı”.

Onun fikrincə, Ermənistan atəşkəsin pozulmasını deyil, Azərbaycanın ərazilərindən qoşunlarını çıxarmağı düşünməlidir: “O yaxşı bilir ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün bütün mümkün üsullardan, o cümlədən hərbi yoldan da istifadə etməyi həmişə gündəlikdə saxlayır. Azərbaycan Prezidenti cənab İlham Əliyev demişkən, “erməni əsgəri ölmək istəmirsə, rədd olub Azərbaycan torpaqların çıxıb getməlidir”. Serj Sərkisyan yalnız bir halda Azərbaycan Prezidentinə zəng edə bilər: öz qoşunlarını Azərbaycan ərazilərindən çıxartmağa hazır olduğunu bildirmək üçün!”

Nərgiz


Müəllif:

Oxşar xəbərlər