17 Noyabr 2016 17:20
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu sazişdən sonra Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsinin kim tərəfindən, nə məqsədlə yaradıldığı və indiyə qədər niyə həll olunmamasının səbəbləri artıq bütün dünyaya bəlli oldu”.

Teleqraf.com xəbər verir ki, bunu Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Rusiya prezidentinin Rusiya və Ermənistan qoşunlarının birləşmiş qrupunun yaradılması haqqında sazişi təsdiqləməsi və ratifikasiya üçün Dövlət Dumasına göndərilməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, bundan sonra Rusiyanın Azərbaycanla səmimi strateji tərəfdaş olmasına ciddi şübhələr yaranıb. “İndiyə qədər Ermənistanın bütün strateji istiqamətləri, o cümlədən, iqtisadiyyatı, nəqliyyatı, hərbi hava qüvvələri Rusiyanın əlində idi. Ermənistan bu sazişdən sonra müstəqilliyini tamamilə itirərək Rusiyanın hərbi bazasına çevrilmiş oldu”, – deyə Asim Mollazadə əlavə edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər