“Məncə, Mütəllibov indi susmalıdır, danışmalı deyil. Mən onun fikirlərini şərh etmək niyyətində deyiləm”.
Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.
Qeyd edək ki, dünən Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov müsahibə verərək 20 noyabr faciəsi haqda danışıb. O, açıq şəkildə deyib ki, mühüm dovlət postlarını tutan dövlət adamlarının bir vertolyota toplaşaraq Ağdamdan Xankəndinə uçmasından məlumatı olmayıb.
O, həmçinin qeyd edib ki, həmin ərəfədə Ukraynada səfərdə olub, səfərdən qayıtdıqdan sonra isə mərhum dövlət katibi Tofiq İsmayılova deyib ki, Xankəndinə getməsin.
Fəzail Ağamalı isə bildirib ki, Mütəllibovun son müsahibəsi ilə tanış deyil və ümumiyyətlə, onun fikirlərini qiymətləndirmək istəmir.
Nemət