3 İyul 2014 18:44
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva və İrəvan erməni miqrantların Rusiyada qalmasınının və əmək fəaliyyətinin sadələşdirilməsi üzrə saziş bağlamaq niyyətindədirlər.



Bu barədə bu gün Ermənistan hökumətinə yaxın mənbələrə istinadən erməni mətbuatı yazıb. Bildirilir ki, erməni qastarbayterlər indən belə Rusiyada xüsusi icazə olmadan işləyə biləcəklər.

Erməni mətbuatının məsələyə münasibəti heç də birmənalı deyil.

Erməni şərhçi Akop Badalyan bununla bağlı bu gün dərc edilmiş məqaləsində bu sazişin Ermənistanda əhali sayının azalmasının sürətləndirəcəyini vurğulayır: “Ermənistanda müstəqil dövlətçilik bir cür təhlükəsizlik rejimi, Rusiyanın əyaləti, forpostu isə başqa cür rejim nəzərdə tutur. Miqrant probleminin müvəqqəti həlli göstərir ki, Ermənistan imperiya əyalətinə xas olan rejimdədir. Burada əsas məsələlərdən biri insan resurslarının optimallaşdırılması və ölkədə qalanların “özünümaliyyələşdirmə”yə keçirilməsidi. Suveren dövlət və beynəlxalq hüquq subyekti kimi Ermənistan üçün təhlükə həddindən böyükdür”, - deyə Akop Badalyan vurğulayır.

/ans press/

Müəllif:

Oxşar xəbərlər