Moskvanın və bütün Rusiyanın patriarxı Kirillin 70 illik yubileyi münasibətilə "Müqəddəs Məsih" məbədində keçirilən təntənəli mərasim çərçivəsində kuluarlarda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə ermənilərin katolikosu II Qaregin arasında xoşməramlı görüş baş tutub.
Bu barədə Teleqraf.com-a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə gələcəkdə də əvvəllər vasitəçilər vasitəsilə Allahşükür Paşazadə ilə II Qaregin arasında baş tutmuş görüşlərin davamlı olması niyyəti ifadə olunub.