23 Noyabr 2016 20:38
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Avropa Mühafizəkarları Qrupunun sədri Yan Liddel-Qrenqerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə AŞ PA ilə Azərbaycan arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi yolları və gələcək perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov Azərbaycanın AŞ PA ilə uğurlu əməkdaşlıq etdiyini bildirərək, əlaqələrin bundan sonra da konstruktiv dialoq və anlaşma şəraitində genişləndirilməsi üçün səylərin artırılacağına əminliyini ifadə edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verən nazir güc tətbiqi yolu ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulmasının qəbuledilməz olduğunu vurğulayıb.

Yan Liddel-Qrenqer ölkəmizin təşkilatla uğurlu əməkdaşlığını yüksək qiymətləndirib. Səfər çərçivəsində Milli Məclisdə də görüşlər keçirildiyini və faydalı müzakirələrin aparıldığını qeyd edən Yan Liddel-Qrenqer Azərbaycan nümayəndə heyətinin AŞ PA-da fəal rolunu diqqətə çatdırıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər