ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Dağlıq Qarabağın işğaldan azad olunmasında Azərbaycana yardım göstərə bilər.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Los-Anceles şəhərində Amerika yəhudi komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin keçmiş direktoru, politoloq Ceyson Kats "The American Thinker" jurnalında dərc olunmuş "Tramp və Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ" məqaləsində deyib.
Məqalə müəllifinin fikrincə, hələ seçkiqabağı kampaniya zamanı erməni-amerikan təşkilatı dezinformasiyalardan istifadə etməklə Trampa qarşı fəal tənqidlər səsləndirirdi. Ancaq Respublikaçıların namizədi qələbə qazandı və erməni lobbisi məğlubiyyətlə üzləşdi: "Erməni lobbisi ilə heç bir əlaqəsi olmayan Tramp Azərbaycanla bağlı yüksək fikirdədir və Qarabağ münaqişəsi birdəfəlik həll edə bilər. Azərbaycan müstəqilli qazandığından bəri ABŞ-ın strateji tərəfdaşı olub".
Samir