25 Noyabr 2016 16:50
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 25-də Ağdam rayonunun Quzanlı qəsəbəsində Ağdam, Bərdə, Tərtər rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

Teleqraf.com xəbər verir ki, nazir tərəfindən qəbul edilən 16 vətəndaşın müraciətlərinin bir çoxu yerində həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr və digər məsələlərlə bağlı müraciət etmiş 205 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.


Müəllif:

Oxşar xəbərlər