26 Noyabr 2016 21:55
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan təbii qazın böyük hissəsini Azərbaycandan alır. Azərbaycan bizim əsas qaz ixracatçımızdır.

Bu sözləri Gürcüstanın energetika nazirinin vəzifələrini icra edən Kaxa Kaladze parlamentdəki çıxışı zamanı deyib.

Deputatların Gürcüstanın enerji təminatı, xüsusən də təbii qazla təminatı barədə suallarını cavablandıran K.Kaladze deyib: “Biz bu ilin fevral ayında təbii qazın alınması ilə əlaqədar Azərbaycanla çox mühüm sənəd imzalamışıq. Bu sənədə əsasən biz Azərbaycandan kifayət qədər “mavi yanacaq” alırıq”.

Təbii qazın alınması ilə bağlı digər dövlətlərin müvafiq strukturları ilə aparılan danışıqlara münasibət bildirən K.Kaladze deyib ki, bu danışıqlar Gürcüstanın milli maraqları naminə həyata keçirilir və ölkənin maraqları üstün tutulur.


Müəllif:

Oxşar xəbərlər