4 İyul 2014 10:43
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər Nazirliyi Amerika Dövlət Departamentinin Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə görüş dəvətini qəbul etməyə çağırışını şərh edərkən deyib ki, Azərbaycan “danışıqlar xatirinə görüş keçirmir”.



“Biz münaqişənin diplomatik şəkildə həll edilməsinin və danışıqların tərəfdarıyıq. Amma danışıqlar xaritinə görü keçirmirik. Çünki hüquqları pozulan tərəf Azərbaycan tərəfidir”, nazirliyin sözçüsü Elman Abdullayev BBC-yə deyib.

Cümə axşamı ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki hər iki tərəfi Fransa prezidenti Francois Hollande-ın “Parisdə görüşü mümkün qədər tez keçirmək” dəvətini qəbul etməyə çağırıb.


Ermənistan höküməti bu dəvətə hələ ki, münasibət bildirməyib.

“Rəsmi Vaşinqton həmçinin Azərbaycan və Ermənistanın “sülh sazişinə gətirib çıxaracaq danışıqları nizamlamağa” razılaşacaqlarına ümidvar olduğunu bildirir”, xanım Psaki deyib.

Onun sözlərinə görə, rəsmi Vaşinqton hər iki tərəfi danışıqlar masasında səylərini ikiqat artırmağa və regiondakı sülhün insanlara gətirəcək faydaları üzərində fikrini cəmləməyə çağırıb.

“Aydın soyuq ritorika və bəyanatlar gərginliyin azaldılması prinsipinə ziddir”, departament sözçüsü qeyd edib.

Cənab Abdullayevin sözlərinə görə, beynəlxalq ictimaiyyət Azərbaycanın konkret təkliflərlə çıxış etdiyini görür.

“Azərbaycan Minsk Qrupunun sülh sazişi üzrə Madrid prinsiplərini ilk olaraq mövqeyinin
prinsipial olaraq açıqladı. Bu prinsiplərdə göstərilir ki, Ermənistan silahlı qüvvələri Ermənistan ərazisindən çıxarılmalıdır ki, sülh prosesi irəliləsin. Ermənistan tərəfi isə bu prinsiplərdən yayınmağa çalışır və qeyri-konstukriv mövqe nümayiş etdirir”, Abdullayev bildirib.

Sonuncu dəfə Azərbaycan və Ermənistan prezidentləri iki illik fasilədən sonra ötən il noyabrın 19-da Vyanada görüşüb.

Bundan əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri noyabrın 4-6-da Azərbaycana və Ermənistana səfər ediblər.

Səfərin nəticəsi olaraq verilən bəyanatda hər iki ölkə başçısının “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqelərinə aydınlıq gətirmək və bu məsələdə gələcək addımları müzakirə etmək məqsədilə” görüşə razılıq verdikləri bildirilib.

Ayxan


Müəllif: