Noyabrın 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun rəsmi qarşılanma mərasimi olub.
Teleqraf.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.
Azərbaycan Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonu qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Belarus Respublikasının Prezidentinə raport verib.
Belarus Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Aleksandr Lukaşenkoya, Belarus Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.