29 Noyabr 2016 12:18
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hörmətli millət vəkilləri bizim mətbuat siyasətimizlə bağlı bəzi məsələlər var ki, onun üzərində düşünməyə dəyər. Bizdə “Mir” kanalı var və büdcədən onlara maliyyə ayırırıq. Onlar Ermənistanla bağlı süjetlər verir, təbliğat aparırlar, amma Azərbaycanla bağlı bir dəfə də olsun, təbliğat aparmırlar. Biz niyə öz əleyhimizə vəsait xərcləməliyik?”.

Teleqraf.com xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Deputat əlavə edib ki, Azərbaycanda “Bakinskiy Rabociy” qəzeti fəaliyyət göstərir: “Tarixi qəzetdir. Mən anlaylram ki, bəzi tarixi qəzetləri saxlamaq lazımdır. Ancaq bu qəzetin redaktoru Şaumyan olub. 1920-ci ildən sonra isə bir rus redaktor olub. Əgər bizə rus dilində dövlət siyasətini təbliğ edən qəzet lazımdırsa, başqa qəzet açıb bunu həyata keçirə bilərik. Biz niyə Şaumyanın irsini yaşatmalıyıq?”

Deputat daha sonra deyib ki, son zamanlar ermənilərin rəhbərlik etdiyi musiqi qrupları Bakıya gəlib konsertlər verirlər: “Azərbaycanlının ora ödədiyi hər bir manat sonra bizə qarşı çevrilir. Fikrimcə, bizim müvafiq qurumlar bu məsələləri nəzarətə götürməlidir ki, belə hallar baş verməsin”.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər