4 İyul 2014 17:43
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 7-dən 10-dək Bakıda Azərbaycanın diplomatik xidmət orqanlarının rəhbərlərinin beşinci müşavirəsi keçiriləcək.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Azərbaycanın diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsi iki ildən bir keçirilir.

Müşavirədə Azərbaycan Respublikasının xarici siyasətinin gündəliyində duran aktual məsələlər və gələcək fəaliyyət istiqamətləri üzrə müzakirələr aparılacaq.

Səxavət


Müəllif: