7 İyul 2014 11:47
402

“Azərbaycan səhiyyə sahəsində bir sıra nailiyyətlər əldə edib. Müasir standartlara uyğun səhiyyə ocaqları istifadəyə verilib və müasir avadanlıqlarla təchiz olunub. Bununla yanaşı icbari tibbi sığortanın tətbiq olunması da gündəmdə olan məsələdir”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, icbari tibbi sığortanın tətbiq olunması bu günün ən aktual və zəruri məsələlərdən biridir. Onun sözlərinə görə, insanın sağlamlığının müayinəsi və müalicəsi vacib amillərdən biridir:

“İcbari tibbi sığorta haqqında qanun qəbul olunsa da, bu hələ tam şəkildə tətbiq olunmayıb. Səhiyyə sahəsində icbari tibbi sığortanın tətbiqi məsələsi ilə əlaqədar Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb. Artıq hökumət bu sahədə ciddi fəaliyyət göstərməkdədir”.

Səxavət


Müəllif:
Загрузка...