5 Yanvar 2017 14:29
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov Suriyanın baş müftisi Şeyx Əhməd Bədir Al-Din Hassounun Dağlıq Qarabağ haqqında söylədiyi fikirlərinə münasibət bildirib.

B.Səfərov Publika.az-a açıqlamasında deyib ki, bu din adamı ermənilər tərəfindən satın alınıb: “Ermənilərin verdiyi pullarla hərəkət edir, danışır. Belə adamlara isə söyüş də kar etmir. Onları milyon dəfə söysən də, özlərinə gələn deyillər. Adama deyən lazımdır ki, get öz torpağının dərdini çək! Gedib öz torpaqları, xalqları ilə məşğul olmurlar, başqasının problemindən danışırlar. Bu Şeyx Suriyanın müftisi ola-ola, haqq-ədaləti kobud şəkildə tapdalayır, yalan danışır. Ən azı Azərbaycanın müsəlman ölkəsi olduğunu nəzərə alıb doğru danışmalı idi. İslam dini ona qənim olsun!”


Müəllif:

Oxşar xəbərlər