9 Yanvar 2017 20:12
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2016-cı il bütün dünya üçün çətin keçdi. Siyasi manipulyasiyalar nəticəsində birjalarda neftin qiymətinin kəskin ucuzlaşması fonunda qlobal iqtisadiyyat arzuolunmaz çətinliklərlə üzləşdi, ayrı-ayrı ölkələrdə iqtisadi aktivlik əhəmiyyətli dərəcədə aşağı düşdü, bir sıra hallarda sosial proqramlar ixtisara salındı, dünyada yoxsulluğun və işsizliyin kəskinləşməsi kimi problemlər insanların ciddi etirazları və bir sıra ölkələrdə xoş olmayan hadisələrin meydana gəlməsi ilə yadda qaldı. Lakin xarici mənfi təsirlər nəticəsində yaranan yeni şəraitdə ölkəmiz özünün güclü iqtisadi və maliyyə potensialını səfərbər etməyə nail oldu”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı, AŞPA-nın komitə sədri Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi tanınır: “Həyata keçirilən xarici siyasət sayəsində ölkəmiz ikitərəfli münasibətlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Sahib olduğu resurslardan səmərəli istifadə edərək qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdıran ölkəmiz həm beynəlxalq təşkilatlarda, həm də ayrı-ayrı əməkdaşlıq platformaları çərçivəsində öz mövqeyini gücləndirir. Bu isə Azərbaycanın müsbət beynəlxalq imicinin möhkəmlənməsinə müstəsna töhfələr verir”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər