“İşğalçı Ermənistan müstəqil siyasət aparmaq iqtidarında deyil”. Teleqraf.com xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.
E.Məmmədov bildirib ki, Ermənistan müəyyən dövlətlərin forpostu kimi özünü dünyada tanıdıb. Onun sözlərinə görə, bu səbəbdən də ermənilərin müstəqil dövləti yoxdur: “Bu gün bu ölkəyə Serj Sərkisyanın rəhbərlik etdiyi cinayət rejim rəhbərlik edir. Bu rejim öz siyasəti ilə bütün bəşəri dəyərləri, humanizmi ayaqlar altına atır. Amma gec-tez Sərkisyan rejimi etdiyi cinayətlərin cavabını verəcək. O, Azərbaycan torpaqlarını sülh yolu ilə geri qaytarmasa, Azərbaycan Ordusunun gücünü bir daha görəcək”.
Səxavət