14 Yanvar 2017 10:52
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com DİP sədri, millət vəkili Asim Mollazadə ilə müsahibəni təqdim edir:

- Asim bəy, Şoçi şəhərində keçirilən “KVN-2017” festivalında Qarabağdakı işğalçı rejimin təmsil olunmasını necə qiymətləndirirsiniz?
- Çox mənfi qiymətləndirirəm. Rusiya özü bu cür məsələlərə diqqət və həssaslıqla yanaşmalıdır. Çünki Rusiya özü də federasiyalardan ibarətdir, dəfələrlə bu ölkə daxilində separatçı tendensiyalar müşahidə olunub. Bu baxımdan hansısa cinayətkar və separatçı rejimi dəstəkləmək sonra bumeranq formasında öz başında çatlaya bilər. Məncə, bu mənfi hadisədir və Rusiya hökuməti tərəfindən bu addımla bağlı açıqlama gəlməlidir.

- Əslində belə hallar çox olur. Sizcə, bu kimi halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
- Hər zaman belə cəhdlərə cavab vermək lazımdır. Azərbaycan bu istiqamətdə diqqətli olmalı və belə hallara cavab verməlidir. Yalnız belə addımlarla biz bu təxribatların qarşısını ala bilərik.

- Hazırda yaşadığımız regionda gərginlik varmı?
- Mənə elə gəlir ki, bizim qonşuluğumuzda uzun illərdir ki, beynəlxalq terrorla mübarizə gedir. Terror öz-özlüyündə vəziyyəti ağırlaşdıran məsələdir. Bizdə xüsusi narahatlıq Türkiyədə baş verən terror hadisələri ilə bağlıdır. Eyni zamanda qardaş ölkəyə qarşı edilən terror hadisələrini qətiyyətlə pisləyirik.

- Türkiyədə baş verənlər daxili siyasətin nəticəsidir, yoxsa?
- Mənə elə gəlir ki, Türkiyəyə qarşı olan hücumlar beynəlxalq terrorun nəticəsidir.

- Türkiyədən gözləntiləriniz nədən ibarətdir?
- Bilirəm ki, Türkiyə güclü dövlətdir və terrorun başını əzməyə qadirdir.

- Bəs niyə əzə bilmir?
- Görürsünüz ki, dünyada terrorla mübarizələrin böyük tarixi var.

- Yaxın Şərqdəki situasiyanı necə dəyərləndirisiz?
- Yeni situasiya yoxdur və hansısa ciddi yeni dəyişikliklər görünmür. Münaqişə, problemlər, qarşıdurmalar davam edir.

- Rusiya, Türkiyə və İran Suriyada atəşkəs razılaşması əldə edə bildi…
- Həm də göründü ki, bu atəşkəs razılaşmasından sonar yenə atışmalar davam etdi. Məncə, bu proses hələ davam edəcək. Suriya münaqişənin həlli hələ müəyyən qədər vaxt aparacaq. Çünki mübarizə tərəfləri heç nəyə nail olmayıblar. Deməli mübarizə davam edəcək.

- ABŞ siyasi mühitini yaxından izləyirsiniz. ABŞ-Rusiya münasibətlərinin bundan sonrakı mərhələsi haqda nə deyə bilərsiniz?
- Rusiya öz siyasətində ciddi dəyişikliklər etsə, məncə, ABŞ-Rusiya münasibətlərində müəyyən dəyişikliklər baş verə bilər. Ən azı bu istiqaməti ABŞ-ın yeni seçiən prezidenti bəyan edib. Bunun üçün Rusiya öz siyasətində müvafiq dəyişikliklər etməlidir. Bu halda gərginlik səngiyə, münasibətlər normallaşa bilər.

- Tramp dönəmində Vaşinqton-Moskva münasibətlərində yumşalmanın olacağını gözləyirsiniz?
- İstisna deyil. Dediyim kimi, Rusiya öz siyasətində dəyişikliklərə gedəcəksə, Tramp administrasiyası Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istiqamətində addımlar ata bilər.

- Rusiya bu dəyişiklikləri etməyə hazır görünürmü?
- Mənə elə gəlir ki, onların başqa yolu yoxdur. Rusiya bunu etməsə, ölkənin iqtisadi vəziyyəti bir qədər də pisləşə bilər. O zaman Rusiya rəhbərliyi məncə, bundan narahat olar.


- Sizcə, Rusiyaya qarşı həyata keçirilən sanksiyalar təsirli olub?
- Söhbət ancaq sanksiyalardan getmir. Burada söhbət Rusiya iqtisadiyyatında ciddi və ağır böhrandan gedir. Bu böhran iqtisadiyyatın ancaq enerji daşıyıcılarının satışı ilə bağlı elementindən ibarətdir. Rusiya iqtisadi islahatlar aparmaq üçün beynəlxalq sistemlə əlaqədə olmalıdır. Bu əlaqələr gərginlik içində davam edəcəksə, məncə böhran bir qədər də dərinləşəcək.

Cavad


Müəllif:

Oxşar xəbərlər