18 Yanvar 2017 11:50
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarovun Malayziyaya səfəri çərçivəsində yanvarın 18-də Malayziyanın xarici işlər naziri Dato Sri Anifah Amanla görüşü nəzərdə tutulub. XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycan və Malayziya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Həmçinin, nazirlər beynəlxalq gündəliyə aid olan mövzular, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri barəsində fikir mübadiləsi aparacaqlar.

E.Məmmədyarov yanvarın 19-da Kuala-Lumpur şəhərində keçiriləcək İƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin fövqəladə iclasında iştirak edəcək. İƏT xarici işlər nazirlərinin fövqəladə iclası Rohinqiya müsəlmanlarının vəziyyətinə həsr olunub.

İƏT xarici işlər nazirlərinin fövqəladə iclası çərçivəsində E.Məmmədyarovun bir sıra ikitərəfli görüşləri və çıxışı nəzərdə tutulub.

Səxavət


Müəllif:

Oxşar xəbərlər