“Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirov Moskvanın tələblərini yerinə yetirməyib və işğalçı SSRİ ordusunun yenidən Azərbaycanı işğal etməsinə imza atmayıb”.
Teleqraf.com xəbər verir ki, bu sensasion iddia ilə Aqil Səmədbəyli çıxış edib. Qeyd edək ki, Aqil Səmədbəyli mərhum prezident Əbülfəz Elçibəyin kürəkənidir və 1988-ci ildən bu yana milli azadlıq hərəkatının fəallarından olub.
O qeyd edib ki, məhz Moskvanın bu istəyini yerinə yetirmədiyi üçün SSRİ “KQB”-si Vəzirova iynə vuraraq onu yatızdırıb və hərbi helikopterlə Moskvaya aparıb.
A.Səmədbəyli əlavə edib ki, Əbdürrəhman Vəzirovla bağlı bu məlumatı KQB generalı Moskvada yaşayan iş adamı olan dostu ilə söhbət zamanı bildirib. O, həmçinin əlavə edib ki, indi bu haqda Vəzirovun özündən soruşulsa, bu informasiyanı inkar edər.
Xatırladaq ki, SSRİ diplomatiya məktəbinin yetirməsi olan Vəzirov 1990-cı ilin qanlı 20 yanvar hadisələrindən dərhal sonra Azərbaycanı tərk edib və son illərə qədər Rusiya Xarici İşlər Nazirliyində çalışıb.
Cavad