23 Aprel 2014 12:39
1 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

AXCP-nin Balakən rayon təşkilatının sədri Mehdili Məhərrəm yol qəzasında dünyasını dəyişib.

Teleqraf.com-un məlumatına görə, bu gün səhər saat 06:10 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 122-ci kilometrliyində ağır yol qəzası baş verib.

1985-ci il təvəllüdlü Balakən rayon sakini Ramin Musa oğlu Həsənov idarə etdiyi “Mercedes” markalı, 90 CK 276 dövlət nömrə nişanlı avtomobillə Balakən rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarındakı ağaca çırpıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlərdən 1959-cu il təvəllüdlü Balakən rayon sakini Mehdilli Məhərrəm Nəriman oğlu aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

Sürücü Ramin Həsənov, digər sərnişinlər - Balakən rayon sakinləri, 1960-cı il təvəllüdlü Fikrət Amil oğlu Alqayev və 1962-ci il təvəllüdlü Fizuli Qaşım oğlu Xəlilov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər. Xəsarət alan Fikrət Alqayev AXCP-nin məclis üzvüdür. O, 2005-ci ildə “Azadlıq” blokunun Balakən rayonundan deputatlığa namizədi olub. Onlar Bakıdan toydan qayıdırmışlar.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər