30 Yanvar 2017 17:52
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Komissiyasının qonşuluq və genişlənmə müzakirələri üzrə baş direktoru Kristian Danielsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi və gələcək inkişaf istiqamətləri, Azərbaycanın Şərq Tərəfdaşlığı proqramında iştirakına dair ətraflı fikir mübadiləsi aparılıb, Azərbaycanın Aİ ilə müxtəlif sahələr üzrə faydalı əməkdaşlığının əhəmiyyəti vurğulanıb.

E.Məmmədyarov Avropa İttifaqı Şurası tərəfindən Azərbaycanla strateji tərəfdaşlığa dair sazişin hazırlanması üzrə danışıqların aparılması üçün Avropa Komissiyasına mandatın verilməsini təqdir edib və bu sazişin Aİ və Azərbaycan arasında ikitərəfli əlaqələrin hərtərəfli inkişafına müsbət təsir edəcəyinə əminliyini ifadə bildirib.

Baş direktor K.Danielson Avropa İttifaqının Azərbaycanla dialoq və əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib.

Tərəflərin nümayəndə heyətlərinin tezliklə saziş layihəsi üzrə danışıqlara başlayacağı qeyd olunub.
Görüşdə Azərbaycanla Aİ arasında enerji sahəsində tərəfdaşlıq, TAP və TANAP layihələrinin icrası məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər