1 Fevral 2017 12:02
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 1-də Milli Məclisin yaz sessiyası Azərbaycan himninin səsləndirilməsi ilə öz işinə başlayıb.

Spiker Oqtay Əsədov bildirib ki, ötən sessiyada parlament bir çox qanunlar qəbul edib: “Bu sessiyada biz bir sıra qanun layihələri ilə yanaşı hökumətin də hesabatını dinləyəcəyik. Ombudsmanın və Bələdiyyələrə nəzarət edən müvafiq qurumların hesabatı ilə tanış olacağıq”.

Teleqraf.com xəbər verir ki, sessiyada ilkin olaraq MM-in İntizam Komissiyasının yeni tərkibi təsdiq edilib. Komissiyaya millət vəkillərindən Ağacan Abıyev, Xanlar Fətiyev, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa və Kamran Nəbizadə daxildir. Sessiyada həmçinin Hesablayıcı Komissiyanın yeni tərkibi təsdiq edilib. Belə ki, komissiyaya millət vəkillərindən Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc, Sədaqət Vəliyeva və Mixail Zabelin daxildir.

Qeyd edək ki, hər iki komissiyanın ilk iclasında sədr seçiləcək.

Nemət


Müəllif:

Oxşar xəbərlər