8 İyul 2014 20:54
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın enerji naziri Maykl Fellon (Michael Fallon) sabah Azərbaycana səfərə gələcək.

Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin rəsmi "twitter" səhifəsinə istinadən məlumat verilir.

Səfər zamanı nazirin Azərbaycan rəhbərliyi və ölkə rəsmiləri ilə görüşləri gözlənilir.

M.Fellonun səfəri çərçivəsində "Cənub Qaz Dəhlizi" layihəsi üzrə müzakirələr aparılacaq.

Qeyd edək ki, britaniyalı nazirin səfəri iyulun 11-dək davam edəcək.

/trend/


Müəllif: