8 İyul 2014 20:47

Andres Foq Rasmussen: “Türkiyənin cənubunda yaşanan olaylarla bağlı NATO bu ölkəni təhlükədən qoruyacaq”.

Rasmussen Ukrayna, Suriya və İraq böhranına qarşı hərəkətlə bağlı yeni hazırlıq planının sentyabrın 4-5-də Qallerdə baş tutacaq zirvə toplantısında müzakirəyə çıxarılacağını bildirib.


Rasmussen qeyd edib ki, zirvə toplantısında ön plana çıxarılacaq ən mühüm məsələlərdən biri də müdafiəyə ayrılacaq xərclərin artırılması ilə bağlı olacaq:


“NATO-nun 28 üzvü ölkədaxili idxalının yüzdə ikisini müdafiə xərclərinə ayırmalı olacaq. ABŞ, İngiltərə, Yunanıstan və Estoniyanın bu hissə ilə qatılacağı məlumdur. 2020-ci ilədək isə Türkiyə, Polşa, Rumıniya, Latviya və Litva bu sahədə olan öhdəliklərini artırmalıdır”.


Rasmussen sonda onu da qeyd edib ki, qarşı-qarşıya olduğumuz təhdidlər bizi müdafiə xərclərini artırmağa vadar etdi. NATO qeyri-sabitliyə qarşı bir sığorta mənbəyidir. Türkiyənin cənubunda yaşanan hadisələrə toxunan Rasmussen İraq və Suriyaya müdaxilənin qeyri-mümkünlüyünü ifadə etsə də, təhlükə yarandığı an bu ölkəni müdafiə etməyə hazır olduqlarını vurğulayıb.

Xatırladaq ki, NATO Avropa Qüvvələrinin ali komandiri, amerikalı general Filip Bridlav da ötən həftə verdiyi açıqlamada zərurət yarandığı məqamda Alyansın Türkiyəni müdafiə edəcəyini bildirmişdi.

/axar.az/


Müəllif:
Загрузка...