Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də “Əl-Cəzirə” televiziyasının müxbiri Omar Kaşrama müsahibə verib.
Teleqraf.com xəbər verir ki, müsahibədə dövlət başçısı Azərbaycanın müstəqilliyini bərpa edəndən sonra ötən 25 il ərzində qazandığı uğurlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu qlobal enerji və nəqliyyat layihələri, Azərbaycanın İslam həmrəyliyi işinə verdiyi töhfə və digər məsələlərlə bağlı sualları cavablandırıb.