8 Fevral 2017 21:39
436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviya xarici işlər naziri Edqar Rinkeviçin Azərbaycana səfər proqramı açıqlanıb.

Latviya Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində E. Rinkeviç bir neçə görüş keçirəcək.

Latviya XİN rəhbəri Azərbaycan prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşəcək.

Qeyd edək ki, E. Rinkeviç fevralın 11-də Azərbaycana gələcək.


Müəllif:

Oxşar xəbərlər